Salyanda minik avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində 9 nəfər xəsarət alıb.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza hadisəsi şəhər ərazisində baş verib.
Belə ki, hərəkətdə olan “VAZ” markalı avtomobil sərnişin daşıyan mikroavtobusla toqquşub.
Qəza zamanı xəsarət alan rayon sakinləri - mikroavtobusun sürücüsü 1997-ci il təvəllüdlü Hüseynov Röyal Oktay oğlu, 1974-cü il təvəllüdlü Abbasova Zeynəb Absalam qızı, 1976-cı il təvəllüdlü Səmədova Ruhiyyə, 1970-ci il təvəllüdlü Ağayeva Sehranə Mahmud qızı, 1989-cu il təvəllüdlü İsmayılova Gülcənnət Bəxtiyar qızı, 1998-ci il təvəllüdlü Babayev Ağababa Seyran oğlu, 2006-cı il təvəllüdlü Səid Qasımov, 1998-ci il təvəllüdlü Əliyev Əmrah Fərhad oğlu və 1997-ci il təvəllüdlü Qafarov Novruz Surxay oğlu Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.