AZ

İspaniya Kubokunda 1/8 finalın püşkü atıldı

İspaniya Kubokunun 2025/2026 mövsümü üzrə 1/8 final mərhələsinin püşkü atılıb.

90deqiqe.Az-ın məlumatına görə, püşkün nəticələrinə əsasən, bu mərhələdə bir sıra maraqlı qarşılaşmalar baş tutacaq. “Barselona” səfərdə “Rasinq”lə üz-üzə gələcək, Madrid “Real”ı isə “Albasete” ilə qarşılaşacaq.

İspaniya Kuboku, 1/8 final cütlükləri:

“Deportivo” – “Atletiko” Madrid

“Rasinq” – “Barselona”

“Kultural Leonesa” – “Atletik” Bilbao

“Albasete” – “Real” Madrid

“Burqos” – “Valensiya”

“Betis” – “Elçe”

“Real Sosyedad” – “Osasuna”

“Alaves” – “Rayo Valyekano”

Qarşılaşmalar 13–15 yanvar tarixlərində keçiriləcək.

Qeyd edək ki, İspaniya Kubokunun hazırkı qalibi “Barselona”dır. Kataloniya təmsilçisi ötən mövsümün finalında Madrid “Real”ını əlavə vaxtda 3:2 hesabı ilə məğlub edib. “Barselona” turnirin tarixində 32 kubokla ən titullu klubdur. “Atletik” Bilbao bu titulu 24, Madrid “Real”ı isə 20 dəfə qazanıb.

Seçilən
13
3
90deqiqe.az

6Mənbələr