ain.az, Qol.az portalına istinadən məlumat verir.
İspaniya kubokunda 1/8 finalın püşkü atıldı
İspaniya kubokunda 1/8 final mərhələsinin püşkü atılıb.
QOL.az xəbər verir ki, 13–15 yanvar tarixləri aralığında keçiriləcək mərhələdə aşağıdakı cütlüklər üz-üzə gələcək:
İspaniya kuboku, 1/8 final cütləri:
“Deportivo” — “Atletiko”
“Rasinq” — “Barselona”
“Kultural Leonesa” — “Atletik”
“Albasete” — “Real”
“Burqos” — “Valensiya”
“Betis” — “Elçe”
“Real Sosyedad” — “Osasuna”
“Alaves” — “Rayo Valyekano”
Qeyd edək ki, İspaniya kubokunun hazırkı qalibi “Barselona”dır. Kataloniya təmsilçisi ötən mövsümün finalında Madrid “Real”ını əlavə vaxtda 3:2 hesabı ilə məğlub edib. “Barselona” turnirin ən titullu klubu olaraq 32 dəfə kuboku qazanıb. “Atletik” Bilbao 24, “Real” Madrid isə 20 dəfə İspaniya kubokunun qalibi olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.