AZ

Rusiyada helikopter qəzaya uğradı: Ölən var

Rusiyanın Perm diyarında şəxsi helikopter qəzaya uğrayıb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə Bardım rayonunda yerləşən “Aşatli-park” istirahət mərkəzinin ərazisində baş verib. İki oturacaqlı şəxsi helikopterin yerə çırpılması nəticəsində 1 nəfər həyatını itirib.

Hadisə qurbanının ölümcül bədən xəsarətləri almış pilot olduğu bildirilir. Sərnişinə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Qəzanın təfərrüatları araşdırılır.

"Cebheinfo.az"

Seçilən
67
5
cebheinfo.az

6Mənbələr