ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın Perm diyarında şəxsi helikopter qəzaya uğrayıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Bardım rayonunda yerləşən “Aşatli-park” istirahət mərkəzinin ərazisində baş verib. İki oturacaqlı şəxsi helikopterin yerə çırpılması nəticəsində 1 nəfər həyatını itirib.
Hadisə qurbanının ölümcül bədən xəsarətləri almış pilot olduğu bildirilir. Sərnişinə hadisə yerində ilkin tibbi yardım göstərilib.
Qəzanın təfərrüatları araşdırılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.