AZ

Azərbaycandan İsveçrəyə qeyri-neft məhsullarının ixracı artıb

Bakı. Trend:

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan İsveçrəyə315,3 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixracolunub.

Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə 121,7 milyon ABŞ dolları və ya 1,6 dəfə çoxdur.

2025-ci ilin 11 ayı ərzində İsveçrəyə ixrac olunmuş qeyri-neftməhsullarının Azərbaycanın ümumi ixracındakı payı 9,5 faiz təşkiledir.

Beləcə, hesabat dövrü ərzində İsveçrə Azərbaycandan ən çoxqeyri-neft məhsulları idxal etmiş ölkələrin sırasında üçüncü yertutub.

Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycanxarici ölkələrlə ümumilikdə 44,589 milyard ABŞ dolları məbləğindəticarət əməliyyatları həyata keçirmişdir. Bu, keçən ilin eyni dövrüilə müqayisədə 1,480 milyard ABŞ dolları və ya 3,4% çoxdur.

Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın,21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilərzində ixrac 937 milyon ABŞ dolları və ya 3,8% azalmış, idxal isə2,416 milyard ABŞ dolları və ya 12,9% artmışdır.

Məqalədə:
Seçilən
137
6
az.trend.az

10Mənbələr