Bakı. Trend:
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana306,1 milyon dollar dəyərində qeyri-neft məhsulları ixracolunub.
Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,2milyon dollar və ya 21 faiz çoxdur.
2025-ci ilin 11 ayı ərzində Gürcüstana ixrac olunan qeyri-neftməhsullarının Azərbaycanın ümumi ixracındakı payı 9,23 faiz təşkiledib.
Beləliklə, Gürcüstan Azərbaycandan ən çox qeyri-neft məhsullarıidxal edən ölkələr arasında dördüncü yer tutub.
Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycanxarici ölkələrlə ümumilikdə 44,589 milyard ABŞ dolları məbləğindəticarət əməliyyatları həyata keçirmişdir. Bu, keçən ilin eyni dövrüilə müqayisədə 1,480 milyard ABŞ dolları və ya 3,4% çoxdur.
Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın,21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilərzində ixrac 937 milyon ABŞ dolları və ya 3,8% azalmış, idxal isə2,416 milyard ABŞ dolları və ya 12,9% artmışdır.