AZ

Pakistanda qəza - 5 nəfər öldü

Pakistanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Qeyd edilib ki, Pəncab əyalətində sərnişin avtobusu təqribən 30 metr dərinliyində olan dərəyə aşıb.

Hadisə nəticəsində 5 nəfər həlak olub, daha 24 nəfər isə xəsarət alıb. 

Qəzada sağ qalanların xilas edilməsi ilə bağlı əməliyyat 2 saatdan çox davam edib.

Seçilən
92
4
bakivaxti.az

5Mənbələr