AZ

Pakistanda ağır qəza – 5 ölü, 24 yaralı

Pakistanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az “Dawn” qəzetinə istinadən xəbər verir ki, Pəncab əyalətində sərnişin avtobusu təqribən 30 metr dərinliyində olan dərəyə aşıb.

Hadisə nəticəsində 5 nəfər həlak olub, daha 24 nəfər isə xəsarət alıb.

Qəzada sağ qalanların xilas edilməsi ilə bağlı əməliyyat 2 saatdan çox davam edib.

Seçilən
109
4
konkret.az

5Mənbələr