AZ

Keçən il Türkiyədən Azərbaycana dəri ixracı 12 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Azərbaycana dəri ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 25,7 faiz azalaraq, 12 milyon 309 min 78 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin dekabr ayında Azərbaycana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 36,7 faiz azalaraq, 775 min 49 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azalaraq, 1 milyard 445 milyon 58 min dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 100 milyon 440 min dollar məbləğində dəri ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 8,7 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 1 milyard 445 milyon 58 min dollar məbləğində dəri ixrac edib.

Seçilən
63
18
turkic.world

10Mənbələr