AZ

Türkiyənin kimyəvi maddə ixracı 31 milyard dolları keçib (ÖZƏL)

BAKI,TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artaraq, 31 milyard 931 milyon 878 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Keçən ilin dekabr ayında Türkiyə 2 milyard 643 milyon 742 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 0,5 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 31 milyard 931 milyon 878 min dollar məbləğində kimyəvi maddə ixrac edib.

Seçilən
109
12
turkic.world

10Mənbələr