Sabunçu rayonunda maşın 23 yaşlı şəxsi vuraraq öldürüb.
Leqal.info xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Toğrul Süleymanov idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə hərəkətdə olarkən Məhəmmədli dairəsi yaxınlığında yola uzanmış 2003-cü il təvəllüdlü Kənan Əmirovu vurub.
Kənan Əmirov xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta