AZ

Bakıda sürücü yola uzanmış 23 yaşlı kişini vuraraq öldürüb

Sabunçu rayonunda maşın 23 yaşlı şəxsi vurub.

APA xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü Toğrul Süleymanov idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə hərəkətdə olarkən Məhəmmədli dairəsi yaxınlığında yola uzanmış 2003-cü il təvəllüdlü Kənan Əmirovu vurub.

Kənan Əmirov xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

AzPost.az

Seçilən
62
6
azpost.info

10Mənbələr