AZ

ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın böyük oğlu vəfat etdi

ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın böyük oğlu və mühafizəkar şərhçi Maykl Reyqan 80 yaşında vəfat edib.

KONKRET.az xəbər verir ki, Ronald Reyqanın Prezident Fondu və İnstitutu ABŞ-ın keçmiş prezidentinin oğlu Maykl Reyqanın vəfatı ilə bağlı açıqlama yayıb.

Mühafizəkar şərhçiliyi ilə tanınan 80 yaşlı Reyqanın vəfatını qeyd edən açıqlamada deyilir: “Maykl Reyqan Prezident Reyqanın ideallarına sarsılmaz sadiqliyi ilə formalaşmış bir həyat yaşayıb”.

1945-ci ildə anadan olan Maykl Reyqan doğumundan bir neçə saat sonra Ronald Reyqan və o vaxtkı həyat yoldaşı Ceyn Vayman tərəfindən övladlığa götürülüb.

O, Arizona Dövlət Universitetində təhsil alıb və müxtəlif tamaşalarda rol alaraq aktyorluğa başlayıb.

Ağagül Mürsəlov,

KONKRET.az

Seçilən
148
7
konkret.az

8Mənbələr