AZ

ABŞ-ın keçmiş prezidentinin oğlu vəfat etdi

ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın oğlu Maykl Reyqan 80 yaşında vəfat edib.

Bizim.Media "ABC News" telekanalına istinadən xəbər verir ki, bu barədə onun ailəsi məlumat verib.

"O, bazar günü Los-Ancelesdəki evində vəfat edib", - deyə telekanal bildirib.

Qeyd edək ki, keçmiş prezidentin beş övladından biri olan Maykl Reyqan mühafizəkar siyasi şərhçi və radio aparıcısı olub.

Bizim.Media

Seçilən
121
7
bizim.media

8Mənbələr