AZ

BMT Azərbaycanda müvəqqəti rezident-əlaqələndirici təyin edib

Birləşmiş Millətlər Təşkilatı Azərbaycanda müvəqqəti rezident-əlaqələndirici təyin edib. Bu barədə BMT-nin İnkişafın Əlaqələndirilməsi Ofisinin rəhbəri Karolina Azevedo məlumat verib.

Onun sözlərinə görə, **BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı**nın (FAO) Azərbaycandakı nümayəndəsi Məhəmməd Nasar Hayat ölkədə BMT-nin müvəqqəti rezident-əlaqələndiricisi təyin olunub.

Hazırkı rezident-əlaqələndirici **Vladanka Andreyeva**nın səlahiyyət müddəti 8 yanvar 2026-cı ildə başa çatır.

Yyeni rezident-əlaqələndirici hazırda başqa ölkədə vəzifə tutur və 1 iyul 2026-cı ildən etibarən Azərbaycanda fəaliyyətə başlayacaq.

Keçid dövründə ( 9–14 yanvar 2026-cı il tarixlərində) Hayat BMT-nin Azərbaycandakı nümayəndəliyində rəhbər vəzifəsini müvəqqəti icra edəcək.

N.Təbrizli

Seçilən
69
1
anews.az

10Mənbələr