BMT-nin Azərbaycandakı Nümayəndəliyinin yeni müvəqqəti rezident əlaqələndiricisinin kimliyi məlum olub.
Publika.az xəbər verir ki, bunu "Report"un ABŞ bürosuna açıqlamasında BMT-nin İnkişaf üzrə Koordinasiya Ofisinin rəhbəri Karolina Azevedo bildirib.
BMT rəsmisi qeyd edib ki, bu vəzifəyə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəsi Məhəmməd Nasar Hayat təyin olunub.
O əlavə edib ki, BMT-nin Azərbaycandakı hazırkı rezident əlaqələndiricisi Vladanka Andreyevanın mandatı rəsmi olaraq 8 yanvar 2026-cı il tarixində başa çatacaq.
Bildirilir ki, yeni rezident əlaqələndiricisi hazırda başqa ölkədə vəzifədədir və həmin ölkədəki öhdəlikləri tamamlandıqdan sonra Azərbaycanda fəaliyyətə başlayacaq. BMT-nin Azərbaycandakı Nümayəndəliyinin yeni rezident əlaqələndiricisi vəzifəsini 1 iyul 2026-cı il tarixində icra etməyə başlayacaq.