AZ

ANAMA 7 milyonluq müqavilə bağlayıb

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi üzrə tədbirlər davam etdirilir.

"Ölkə.az" Milli.az-a istinadla xəbər verir ki, bu işlərin davamı kimi növbəti mərhələdə irihəcmli işlərə start verilir.

Belə ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Beynəlxalq Avrasiya Mətbuatı Fondu arasında yeni müqavilə bağlanıb.

Bağlanmış müqavilədə Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

Müqaviləyə əsasən, ANAMA sözügedən işlərin müqabilində fonda 7,024 milyon manat ödəyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
81
7
olke.az

8Mənbələr