AZ

ANAMA 7 milyonluq müqavilə bağlayıb

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi üzrə tədbirlər davam etdirilir.

Milli.Az-ın məlumatına görə, bu işlərin davamı kimi növbəti mərhələdə irihəcmli işlərə start verilir.

Belə ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Beynəlxalq Avrasiya Mətbuatı Fondu arasında yeni müqavilə bağlanıb.

Bağlanmış müqavilədə Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

Müqaviləyə əsasən, ANAMA sözügedən işlərin müqabilində fonda 7,024 milyon manat ödəyib.Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
7
news.milli.az

8Mənbələr