ain.az, Milli.az portalına istinadən məlumat yayır.
Nəfəs darlığını görməzlikdən gəlmək infarkt və insult riski yaradır.
Milli.Az xəbər verir ki, bunu rusiyalı kardioloq Nataliya Zolotaryova deyib. Onun sözlərinə görə nəfəs darlığı ciddi sağlamlıq problemlərinin, xüsusilə ürək-damar xəstəliklərinin əlaməti ola bilər.
"Ürəyin qan dövranını və toxumaları oksigenlə təmin etməsində pozuntu yarandıqda orqanizm oksigen çatışmazlığı yaşayır və bu, nəfəs darlığı ilə özünü göstərir. Bu hal ürək çatışmazlığı, ritm pozuntuları və işemik ürək xəstəliyinə işarə edə və müalicə olunmadıqda infarkt və insult riskini artıra bilər".
Kardioloq qeyd edib ki, nəfəs darlığı ağciyər xəstəlikləri, o cümlədən astma, xroniki obstruktiv ağciyər xəstəliyi və pnevmoniya zamanı da yaranır. Bundan əlavə, anemiya zamanı toxumaların oksigenlə təmin olunmaması halsızlıq və hava çatışmazlığı hissinə səbəb olur.
Zolotaryova vurğulayıb ki, bəzi hallarda nəfəs darlığı stress, narahatlıq və panik ataklarla əlaqəli ola bilər. O, bu simptomun ciddi siqnal olduğunu qeyd edərək, vaxtında həkimə müraciət etməyin vacibliyini diqqətə çatdırıb.
İsmayıl
Milli.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.