Azərbaycan internet xidmətlərinin əməliyyat effektivliyi üzrə 101 ölkə arasında 31.05 xalla 5-ci yerdə qərarlaşıb.
Aznews.az xəbər verir ki, bu, Dünya Bankının "Business Ready-2025" ("B-Ready", "Biznesə daxilolma") hesabatına öz əksini tapıb.
Hesabata görə, Azərbaycan tənzimləyici keyfiyyət (30.83 xal ilə 17-ci yer) və idarəetmə-şəffaflıq göstəriciləri (29.17 xal ilə 27-ci yer) üzrə ilk 30-luqda yer alıb.
Ümumilikdə, kommunal xidmətlər indikatoru üzrə Azərbaycan 83.05 xalla 25-ci mövqedə qərarlaşıb və bu nəticə ilə region ölkələrini qabaqlayıb. Kommunal xidmətlər sahəsində ölkəyə ən çox töhfə verən alt-indikator məhz internet xidmətləri olub.
Xatırladaq ki, 101 iqtisadiyyatı əhatə edən tədqiqatda biznes və investisiya mühiti üç əsas göstərici üzrə dəyərləndirilib: normativ-hüquqi baza, dövlət xidmətləri və əməliyyat səmərəliliyi. Bununla yanaşı, tematik istiqamətlər üzrə orta göstəricilər də müəyyən edilib.