AZ

Azərbaycan internet xidmətləri üzrə dünyanın TOP-5 ölkəsi sırasında yer alıb

Bakı.Trend:

Beynəlxalq qiymətləndirmə (BusinessReady – B-READY 2025) rəsmi olaraq artıq açıqlanıb. HesabatDünya Bankı tərəfindən 30 dekabr 2025-ci il tarixindəyayımlanıb.

Trend xəbərverir ki, Dünya Bankının Business Ready (B-READY) 2025 hesabatınaəsasən, Azərbaycan kommunal xidmətlər sahəsində, xüsusilə internetxidmətləri üzrə yüksək nəticə əldə edib.

Hesabata görə, Azərbaycan internet xidmətlərinin əməliyyateffektivliyi üzrə 101 ölkə arasında 5-ci yerdə qərarlaşıb (31.05xal ilə 5-ci yer). Eyni zamanda, tənzimləyici keyfiyyət (30.83 xalilə 17-ci yer) və idarəetmə-şəffaflıq göstəriciləri (29.17 xal ilə27-ci yer) üzrə də ölkə ilk 30-luqda yer alıb.

Ümumilikdə, kommunal xidmətlər indikatoru üzrə Azərbaycan 83.05xal ilə 25-ci mövqedə qərarlaşıb və bu nəticə ilə region ölkələriniqabaqlayıb. Qeyd edək ki, kommunal xidmətlər sahəsində ölkəyə ənçox töhfə verən alt-indikator məhz internet xidmətləri olub.

Business Ready qiymətləndirməsi dövlət xidmətlərinin keyfiyyəti,tənzimləmə mühiti və əməliyyat effektivliyini ölçən beynəlxalqmetodologiyaya əsaslanır və 2025-ci il hesabatında 101 ölkəni əhatəedir.

Seçilən
71
17
az.trend.az

10Mənbələr