AZ

Ağ Ev: Qrenlandiya ABŞ ın bir hissəsi olmalıdır, hərbi əməliyyatdan danışmaq lazım deyil

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qrenlandiya Amerika Birləşmiş Ştatlarının bir hissəsi olmalıdır.

APA xəbər verir ki, bunu Ağ Evin Administrasiya rəhbərinin müavini Stiven Miller CNN-ə müsahibəsində bildirib.

O, eyni zamanda, adanın hərbi yolla ələ keçirilməsi ehtimalını da istisna etməyib: “Prezident aylar ərzində açıq şəkildə bildirib: Qrenlandiya ABŞ-ın ümumi təhlükəsizliyinin bir hissəsi, ABŞ-ın tərkib hissəsi olmalıdır. Heç kim Qrenlandiyanın gələcəyi ilə bağlı ABŞ-la hərbi qarşıdurmaya getməyəcək. Hərbi əməliyyat barədə düşünmək və ya danışmaq belə lazım deyil”.

Aparıcı Millerdən birbaşa şəkildə hərbi müdaxilənin istisna edilib-edilmədiyini soruşduqda, o, cavabdan yayınıb, bunun əvəzində Danimarkanın Arktika ərazisinə iddialarını şübhə altına alıb.

“Onların ərazi iddiaları nəyə əsaslanır? Qrenlandiyanın Danimarkanın müstəmləkəsi olması iddiası nəyə söykənir? ABŞ NATO-nun əsas gücüdür. ABŞ Arktika regionunun təhlükəsizliyini təmin etmək, NATO-nun maraqlarını qorumaq istəyirsə, aydındır ki, Qrenlandiya ABŞ-ın tərkib hissəsi olmalıdır. Buna görə də bu, ölkə olaraq müzakirə edəcəyimiz bir məsələdir”, – o fikrini yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
7
apa.az

5Mənbələr