AZ

Ağ Ev: Qrenlandiya ABŞ-ın tərkib hissəsi olmalıdır

Qrenlandiya Amerikanın təhlükəsizlik sisteminin bir hissəsi kimi ABŞ-ın tərkibinə daxil olmalıdır.

 

Bunu Ağ Evin Administrasiya rəhbərinin müavini Stiven Miller CNN-ə müsahibəsində bildirib.

 

O, eyni zamanda adanın hərbi yolla ələ keçirilməsi ehtimalını da istisna etməyib.

 

“Prezident aylar ərzində açıq şəkildə bildirib: Qrenlandiya ABŞ-ın ümumi təhlükəsizliyinin bir hissəsi olmalıdır. Qrenlandiya ABŞ-ın tərkib hissəsi olmalıdır. Heç kim Qrenlandiyanın gələcəyi ilə bağlı ABŞ-la hərbi qarşıdurmaya getməyəcək”, – Miller vurğulayıb.

 

Aparıcı birbaşa şəkildə hərbi müdaxilənin istisna edilib-edilmədiyini soruşduqda, Miller cavabdan yayınıb və bunun əvəzinə Danimarkanın Arktika ərazisinə iddialarını şübhə altına alıb.

 

“Onların ərazi iddiaları nəyə əsaslanır? Qrenlandiyanın Danimarkanın koloniyası olması iddiası nəyə söykənir? ABŞ NATO-nun əsas gücüdür. ABŞ Arktika regionunun təhlükəsizliyini təmin etmək, NATO-nun maraqlarını qorumaq istəyirsə, aydındır ki, Qrenlandiya ABŞ-ın tərkib hissəsi olmalıdır. Buna görə də bu, ölkə olaraq müzakirə edəcəyimiz bir məsələdir”, – o yekunlaşdırıb.

 

APA

Tarix: 6 Yanvar 2026, 11:01   
Seçilən
37
7
pravda.az

5Mənbələr