AZ

"Turan Tovuz"un Antalyadakı rəqibləri müəyyənləşdi

Mövsümün ikinci hissəsinə Türkiyədə hazırlaşan "Turan Tovuz"un yoxlama oyunlarındakı rəqibləri bəlli olub.

"Football-plus.az" xəbər verir ki, yanvarın 10-da "Turan Tovuz" Rumıniya təmsilçisi “Hermanştadt”la qarşılaşacaq.Yanvarın 17-də keçiriləcək ikinci oyunda isə rəqibPolşa təmsilçisi“Poqon” olacaq.

Oyunların başlama saatı ilə bağlı hələlik məlumat verilməyib.

Xatırladaq ki, Tovuz təmsilçisi yanvarın 18-dək məşqlərini Antalyada davam etdirəcək.

Seçilən
54
3
football-plus.az

5Mənbələr