AZ

"Turan Tovuz"un Antalyadakı rəqibləri müəyyənləşdi

Bakı. Trend:

Mövsümün ikinci hissəsinə Türkiyədə hazırlaşan "Turan Tovuz"unyoxlama oyunlarındakı rəqibləri bəlli olub.

Trend xəbərverir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yanvarın 10-da "Turan Tovuz" Rumıniya təmsilçisi “Hermanştadt”laqarşılaşacaq. Yanvarın 17-də keçiriləcək ikinci oyunda isərəqibimiz Polşa təmsilçisi “Poqon” olacaq.

Oyunların başlama saatı ilə bağlı hələlik məlumatverilməyib.

Qeyd edək ki, Tovuz təmsilçisi yanvarın 18-dək məşqləriniAntalyada davam etdirəcək.

Məqalədə:
Seçilən
65
3
az.trend.az

5Mənbələr