Təhsil sektoruna dövlət büdcəsindən 5 milyard 16,4 milyon manat vəsait ayrılacaq.Redaksiya Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, bu, 2025-ci illə müqayisədə 79,1 milyon manat və ya 1,6 faiz çoxdur. Təhsil xərclərinin ÜDM-də payı 3,7 faiz, dövlət büdcəsi xərclərinin tərkibində payı isə 12 faiz təşkil edəcək.Bu sahə üzrə xərclərin bölgüsü aşağıdakı kimidir:• Ümumi təhsil xərcləri – 2 milyard 414,8 milyon manat;• Ali təhsil və dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi – 801,5 milyon manat;• Məktəbəqədər təhsil xərcləri – 468,2 milyon manat;• Orta ixtisas təhsili xərcləri – 94,2 milyon manat;• Peşə təhsili xərcləri – 105,5 milyon manat;• Əlavə təhsil və tətbiqi tədqiqatlar – 28,2 milyon manat;• Təhsil sahəsində digər müəssisə və tədbirlərlə bağlı xərclər – 1 milyard 104,1 milyon manat.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


