Bakı. Trend:
Bu il təhsil sektoruna dövlət büdcəsindən 5 milyard 16,4 milyonmanat vəsait ayrılacaq. Bu, 2025-ci illə müqayisədə 79,1 milyonmanat və ya 1,6 faiz çoxdur.
Trend-inməlumatına görə, bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşınbüdcə bələdçisi”ndə öz əksini tapıb.
Belə ki, təhsil xərclərinin ÜDM-də payı 3,7 faiz, dövlət büdcəsixərclərinin tərkibində payı isə 12 faiz təşkil edəcək.
Bu sahə üzrə xərclərin bölgüsü aşağıdakı kimidir:
Ümumi təhsil xərcləri – 2 milyard 414,8 milyon manat;
Ali təhsil və dövlət sifarişi ilə ali təhsilinmaliyyələşdirilməsi - 801,5 milyon manat;
Məktəbəqədər təhsil xərcləri – 468,2 milyon manat;
Orta ixtisas təhsili xərcləri - 94,2 milyon manat;
Peşə təhsili xərcləri - 105,5 milyon manat;
Əlavə təhsil və tətbiqi tədqiqatlar - 28,2 milyon manat;
Təhsil sahəsində digər müəssisə və tədbirlərlə bağlı xərclər – 1milyard 104,1 milyon manat.