AZ

Məşhur mütəxəssis ən yaxşıları sadaladı, Ronaldo siyahıda yoxdur

Məşhur italiyalı mütəxəssis Fabio Kapello meydanda gördüyü ən yaxşı futbolçuların adlarını açıqlayıb.

Paralel.az xəbər verir ki təcrübəli məşqçi yalnız üç futbolçunu fərqləndirib: Pele, Dieqo Maradona və Lionel Messi.

"Marca"nın məlumatına görə, Kapello seçimini belə izah edib:
 

"Bu üç futbolçuda xüsusi bir şey var idi. Onlar futbol dahisidirlər, çünki ağlınıza belə gəlməyən, təsəvvür etmədiyiniz şeyləri meydanda edirdilər".


Kapellonun karyerası ərzində 5 dəfə "Qızıl top" qazanan portuqaliyalı ulduz Kriştiano Ronaldonu bu siyahıya daxil etməməsi diqqət çəkib.

İtalyalı mütəxəssisin adını çəkdiyi Lionel Messinin kolleksiyasında isə 8 "Qızıl top" mükafatı var.

Seçilən
23
3
paralel.az

4Mənbələr