ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məşhur mütəxəssis ən yaxşıları sadaladı, Ronaldo siyahıda yoxdur
Məşhur italiyalı mütəxəssis Fabio Kapello meydanda gördüyü ən yaxşı futbolçuların adlarını açıqlayıb.
QOL.az xəbər verir ki, təcrübəli məşqçi yalnız üç futbolçunu fərqləndirib: Pele, Dieqo Maradona və Lionel Messi.
"Marca"nın məlumatına görə, Kapello seçimini belə izah edib:
"Bu üç futbolçuda xüsusi bir şey var idi. Onlar futbol dahisidirlər, çünki ağlınıza belə gəlməyən, təsəvvür etmədiyiniz şeyləri meydanda edirdilər".
Kapellonun karyerası ərzində 5 dəfə "Qızıl top" qazanan portuqaliyalı ulduz Kriştiano Ronaldonu bu siyahıya daxil etməməsi diqqət çəkib. İtalyalı mütəxəssisin adını çəkdiyi Lionel Messinin kolleksiyasında isə 8 "Qızıl top" mükafatı var.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.