AZ

Azərbaycan xaricə silah da satır: «15 şirkət lisenziya alıb, 7 şirkət artıq məhsul buraxır»

«Mənim Sərəncamımla hələ 20 il bundan əvvəl Müdafiə Sənayesi Nazirliyi yaradılanda, o vaxt biz bunu dövlət inhisarında olan sahə kimi qiymətləndirirdik. Ancaq illər keçdikcə və xüsusilə beynəlxalq təcrübəyə baxdıqda gördük ki, bir çox ölkələrdə aparıcı rollarda özəl şirkətlərdir».

FED.az biznes və mavliyyə xəbərləri portalı xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Onun sözlərinə görə, «biz bu prosesə özəl şirkətləri cəlb etməklə dövlət üzərinə düşən yükü də, maliyyə yükünü də azaltmış ola bilərik. Ona görə son iki il ərzində dövlət şirkəti ilə bərabər özəl şirkətlərə də imkanlar verildi».

Dövlət başçısı bildirib ki, artıq ölkədə 15 şirkət hərbi təinatlı məhsul istehsalı üçün lisenziya alıb onlardan yarısı istehsala başlayıb:

«Bu günə qədər 15 şirkətə lisenziya verilib, təbii ki, bu sahə lisenziya tələb edən sahədir. Artıq 7 özəl şirkət hərbi təyinatlı məhsulun istehsalına başlayıb. Əgər biz qoyulan sərmayənin həcminə baxsaq görərik ki, yeni istehsal sahələri yaratmaq və mövcud olanları genişləndirmək üçün 2024-2025-ci illərdə bir milyard manat dəyərində sərmayə qoyulub. Bunun da yarısı özəl sektor tərəfindən qoyulubdur. Yenə də bu sahə ictimaiyyət üçün bir qədər qapalı olduğu üçün geniş məlumat verilmir. Ancaq bu proses çox geniş vüsət alıb», - deyə dövlət başçısı əlavə edib.

Prezident deyib ki, Azərbaycan artıq ötən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal edib: «Onun böyük hissəsi Azərbaycan Silahlı Qüvvələrinə verilib, bir hissəsi isə ixrac olunub. Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir».

Nəhayət. Azərbaycan dünyanın aparıcı sihal şirkətləri ilə birgə müəssisələr yaradıb: “Yeniliklərdən biri də odur ki, biz böyük, dünyanın aparıcı müdafiə sənayesi şirkətləri ilə Azərbaycanda birgə müəssisələr yaratmışıq. Burada həm pilotsuz uçuş aparatları, artilleriya qurğuları, digər vasitələr, silah-sursat istehsalı nəzərdə tutulur”, - deyə dövlətimizin başçısı bildirib.

Seçilən
79
50
fed.az

10Mənbələr