Salyanda baş verən qəzada ölən və xəsarət alanlar var.
Hadisə rayonun Noxudlu kəndi ərazisindən keçən hissəində qeydə alınıb.
Belə ki, iki “Mersedes” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində Sabirabad rayon sakinləri, 61 yaşlı Vüqar İmanov, 32 yaşlı Coşqun Məmmədov hadisə yerində ölüb..
Dörd nəfər-Sabirabad rayon sakinləri, 31 yaşlı Mirzağa Məmmədov, onun həyat yoldaşı 33 yaşlı Pərvanə Məmmədova, qızları, 15 yaşlı Fatimə Məmmədli və ölən Vüqar imanovun oğlu, Tərlan İmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Salyan Rayon Mərkəzi Xəstəxanasından NOCOMMENT.az-a verilən məlumata görə, rayonunun Noxudlu kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (2 qadın, 2 kişi) 05.01.2026-cı il tarixində saat 17:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri ağırdır.
Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan 1 nəfərin (kişi) isə xəstəxanaya daxil olarkən həyat əlamətləri müşahidə olunmayıb.
Faktla bağlı araşdırma aprarılır.
***
Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Noxudlu kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.