Yazını böyüt
Yazını kiçilt
Salyan rayonunun Noxudlu kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (2 qadın, 2 kişi) 05.01.2026-cı il tarixində saat 17:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə hafta.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri ağırdır:
"Hadisə nəticəsində xəsarət alan 1 nəfərin (kişi) isə xəstəxanaya daxil olarkən həyat əlamətləri müşahidə olunmayıb".
Qeyd edək ki, Salyan rayonunun Noxudlu kəndi ərazisində bu gün avtomobil qəzası baş verib.