
Türkiyənin İstanbul şəhərində FETÖ-yə qarşı aparılan əməliyyatda təşkilatın təhlükəsiz evlərində gizləndiyi müəyyən edilən 4 şübhəli saxlanılıb.Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsi bu barədə açıqlama yayıb.Araşdırmalar çərçivəsində, təşkilatın gizli rabitə proqramı olan ByLock-dan istifadə etməkdə, təşkilatın iclaslarında iştirak edərək hazırda bağlanmış maliyyə qurumu olan Bank Asya-da hesab fəaliyyəti aparmaqda ittiham olunan dörd şübhəlinin tutulması üçün əməliyyatlar başlanılıb.Saxlanılan şübhəlilər hələ də polis bölməsində dindirilir.
İlahə QənbərliMissiya.Az