AZ

Türkiyədə FETÖ əməliyyatı - 160 şübhəli saxlanılıb

Türkiyədə FETÖ-yə qarşı keçirilən əməliyyatlarda 160 şübhəli saxlanılıb.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya paylaşım edib.

"Son iki həftədir 39 əyalətdə FETÖ-nü hədəf alan əməliyyatları davam etdiririk. Saxlanılan 160 şübhəli təşkilatın şifrələnmiş "ByLock" rabitə proqramının istifadəçiləri olub və təşkilat üzvləri ilə taksofonlardan istifadə edərək əlaqə saxlayıblar",-nazir qeyd edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
142
10
missiya.az

10Mənbələr