AZ

Britaniya Milli Arxivində UNO barədə məxfi sənədlər tapıldı

Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Jurnalistlər Britaniya Milli Arxivində 1990-cı illərdə Belçikada uçan naməlum obyektlərlə (UNO) hərbi kəşfiyyatın qarşılaşmasını təsvir edən məxfi sənədlər aşkar ediblər.

Moderator.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Müdafiə Nazirliyinin 1997-ci il tarixli daxili sənədində Belçika meşələri üzərində uçan qara üçbucaqlardan danışılır, bu, naməlum hava hadisəsi kimi qeydə alınıb.

"Xeyli sayda insan səmada qəribə obyektlər gördüyünü bildirirsə, deməli, bunun üçün müəyyən əsas ola bilər. Naməlum hava hadisələrinin milli müdafiə üçün potensial təhlükə yaratdığını iddia etmək mümkündür, çünki onların nə olduğu barədə heç bir məlumatımız yoxdur", - deyə sənəddə bildirilib.

Qeyd olunub ki, 1980-ci illərdən bəri, ABŞ də daxil olmaqla, bir sıra ölkələrin hərbçiləri Belçika səmalarında minlərlə qara üçbucaq gördüklərini bildiriblər. Oxşar UNO-lar Britaniyada da görünüb.

Məqalə müəllifi vurğulayır ki, 20-30 ildən sonra bəzi məxfi UNO sənədlərinin açılmasına icazə veriləcək. /Oxu.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
89
4
moderator.az

10Mənbələr