AZ

“Qarabağ”ın növbəti rəqibinin yarımmüdafiəçisi üçün təklif göndərdi - “Real”

“Liverpul”un yarımmüdafiəçisi Rayan Qravenberx karyerasını “Real”da davam etdirə bilər.

Sportinfo.az “Fichajes”-ə istinadən xəbər verir ki, “kral klubu” orta xətti gücləndirmək üçün yüksək səviyyəli futbolçu transfer etmək niyyətindədir və əsas hədəflərdən biri məhz niderlandlı yarımmüdafiəçidir.

“Real” artıq Qravenberxin transferi ilə bağlı “Liverpul”a rəsmi təklif göndərib. Bundan başqa, 23 yaşlı futbolçu ilə “Barselona”nın da maraqlandığı qeyd olunur.

Qravenberx cari mövsümdə bütün turnirlər üzrə 23 oyunda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun “qırmızılar”la müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Seçilən
125
50
sportinfo.az

10Mənbələr