AZ

Qurban Qurbanov 3 mövqeyə TRANSFER istədi - SON DƏQİQƏ

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun qış planı üzə çıxıb.

Təcrübəli mütəxəssis rəhbərlikdən 3 yeni transfer istəyib. O

, mərkəz hücumçusu, mərkəz müdafiəçisi və cinah yarımmüdafiəçisi mövqelərini gücləndirəcəyi barədə onları məlumatlandırıb. 2

008-ci ildən «köhlən atlar»ın sükanı arxasında əyləşmiş Qurbanovun fikrincə, hazırkı heyətə müəyyən qədər rotasiya lazımdır.

«Qarabağ»ı Çempionlar Liqasında iki vacib qarşılaşma gözləyir. Azərbaycan çempionu qitənin ən mötəbər turnirinin əsas mərhələsinin son 2 turunda «Ayntraxt» və «Liverpul»la üz-üzə gələcək.

Bu matçılar yanvar ayı ərzində keçiriləcək. Ağdam təmsilçisi öncə Bakıda almanları qəbul edəcək, ardınca İngiltərə səfərinə yollanacaq.

«Qarabağ» 6 tura 7 xal toplayıb və ümumi turnir cədvəlində 22-ci pillədə yer almaqdadır. Əsas mərhələni ilk «24-lük»də bitirənlər pley-offa vəsiqə qazanacaq.

Aydın məsələdir ki, belə bir şans yarandığından, Qurban Qurbanov da onu dəyərləndirməyi arzulayır.

SPORTİNFO.AZ

Seçilən
151
50
sportinfo.az

10Mənbələr