AZ

Maduroya bu yaxınları "xəyanət" edib - İDDİA

Venesuela prezidenti Nikolas Maduronun ABŞ-ın keçirdiyi əməliyyatlar zamanı saxlanılması ətrafında müzakirələr davam edərkən əməliyyatın pərdəarxası ilə bağlı sarsıdıcı iddialar ortaya çıxmağa başlayıb.


Manset.az xarici mətbuata əsasən xəbər verir ki, dərc olunan təhlillər Maduronun məhz özünün “dəmir yumruq” kimi tanınan təhlükəsizlik komandası tərəfindən danışıqlar masasına çıxarıldığını göstərir.

"WFIW Radio" və "Colombia One" nəşrlərinin yaydığı məlumata görə, Maduronun ən ciddi şəkildə mühafizə olunan hərbi bazalardan birində dəqiq planlaşdırılmış əməliyyatla ələ keçirilməsi rejimin daxilindən yüksək səviyyəli məlumat sızmasının mövcudluğu ilə bağlı şübhələri gücləndirir.

"CBS News" və "AP News" tərəfindən araşdırılan məlumatlarda bildirilir ki, Venesuela hakimiyyətinin əsas fiqurları sayılan daxili işlər naziri Diosdado Kabello, müdafiə naziri Vladimir Padrino Lopes və vitse-prezident Delsi Rodriges bu “xəyanət” iddialarının mərkəzində yer alır.

Rejimin ikinci əsas fiquru hesab edilən Kabellonun Madurodan sonrakı dövrdə öz siyasi gələcəyini və maliyyə vəziyyətini təminat altına almaq məqsədilə ABŞ kəşfiyyat strukturları ilə gizli danışıqlar apardığı iddia olunur.


Seçilən
84
41
manset.az

10Mənbələr