Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanın internet bazarında ötən ilin dekabr ayında “Google Chrome”un bazar payı 84.79% təşkil edib. Bu isə onu ölkədə ən populyar brauzer edib.
Banco.az “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, ötən ilin noyabr ayında bu göstərici 82.75%, oktyabrında isə 81.29% təkil edib.
“Safari” brauzerinin bazar payı dekabrda 6.94% olub. Noyabrda isə 7.29% idi.
Ötən ay ölkədə ən çox istifadə edilən 3-cü brauzer “Opera”nın payı isə noyabrdakı 2.37%-dən 1.88%-ə enib.
Bizi sosial şəbəkələrdən izləyin!!