AZ

"Xiaomi" Azərbaycanın mobil cihaz bazarındakı payının 27 %-ni itirib

Ötən ilin dekabr ayında Azərbaycanın mobil cihazlar bazarında "Samsung"un payı 25,2 % təşkil edib.

"Statcounter" agentliyinin son hesabatına  görə, bu, noyabr ayına nisbətən 0,24 faiz bəndi çoxdur, bir il əvvəlki göstərici ilə müqayisədə 5,58 faiz bəndi azdır.

Növbəti sıradakı adları açıqlanmayan brendlərin payı aylıq müqayisədə 0,85 faiz bəndi azalaraq, illik müqayisədə 10,13 faiz bəndi artaraq 22,95 % olub.

Üçüncü pillədəki "Apple"ın bazar payı aylıq müqayisədə 1,09 faiz bəndi və illik müqayisədə 4,6 faiz bəndi artaraq 22,74 % olub.

Dördüncü pillədə qərarlaşan "Xiaomi"nin bazar payı aylıq müqayisədə 0,36 faiz bəndi artaraq, illik müqayisədə isə 6,84 faiz bəndi azalaraq 18,9 % təşkil edib. Beləliklə şirkətin bazar payı illik ifadədə 27 % azalıb.

Seçilən
58
21
banco.az

10Mənbələr