AZ

Venesuelanın neft yataqları 

ABŞ-ın Venesuela prezidentini həbs etməsinin  iki günü tamam olmamış , Britaniyanın Şell və BP neftqaz şirkətləri ölkənin zəngin neft-qaz yataqlarının istismarı planlarını hazırlayırlar.

 The Telegraf-ın yazdığı xəbərdə bildirilir ki, Şell şirkəti Venesuelanın  120 milyard kubmetr qaz ehtiyatı olan "Drakon" qaz yatağında iri miqyaslı istismar layihəsi ilə maraqlanır.  Layiəyə görə şirkət bu qaz yatağından 30 il ərzində hər il 500 milyon dollar gəlir əldə edə bilər.

 Qəzetin yazdığına görə, Donald Tramp istəyir ki, Venesuelanın neft-qaz sənayesinin istismarını ilk növbədə Amerika şirkətləri həyata keçirməlidir. Britaniyanın Şell şirkəti isə sonradan layihələrə qoşula bilər. 

 Nikolas Maduronun ağlı olsaydı elə əvvəldən enerji ehtiyatlarının istismarını ABŞ şirkətlərinə verərdi və hələ uzun müddət isti kreslosunda oturardı...

 Rüstəm Hacıyev

Seçilən
9
36
adalet.az

10Mənbələr