AZ

"Qarabağ" Mateuş Koxalskiyə bu qədər qiymət qoydu

Ağdamın "Qarabağ" klubu əsas qapıçısı Mateuş Koxalski üçün 7 milyon avro məbləğində qiymət müəyyənləşdirib.

Far.Az xəbər verir ki, bu barədə Polşa mətbuatında məlumat dərc olunub.

Bildirilib ki, son vaxtlar Koxalski ilə maraqlanan klubların sayının artması klub daxilində də müzakirələrə səbəb olub. Baş məşqçi Qurban Qurbanovun da davamlı gələn təkliflər fonunda rəhbərliklə məsələni gündəmə gətirdiyi bildirilir.

Aparılan müzakirələrdən sonra "Qarabağ" rəhbərliyi qapıçı üçün 7 milyon avro məbləğində qiymət müəyyənləşdirib. Koxalskini heyətinə qatmaq istəyən istənilən klub bu məbləği ödəməli olacaq.

Seçilən
69
15
far.az

10Mənbələr