AZ

Nazirlik "Qarabağ Toxum" şirkətində maliyyə nöqsanı AŞKARLADI

Maliyyə Nazirliyi "Qarabağ Toxum" MMC ilə bağlı protokol tərtib edib.

Far.Az Teleqraf.az-a istinadla xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinin tələblərini pozub.

Belə ki, "Qarabağ Toxum" barəsində 2023-cü il üzrə maliyyə hesabatlarının auditini 2024-cü ildə aparmadığı üçün protokol tərtib edilərək məhkəməyə göndərilib.

Şabran Rayon Məhkəməsinin qərarına əsasən, şirkət 2 min manat məbləğində cərimə olunub.

Seçilən
52
3
far.az

4Mənbələr