ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Slovakiyanın baş naziri Robert Fitso Venesuelada baş verənləri “Amerika avantürası” adlandıraraq bu addımı kəskin tənqid edib.
Fitso bildirib ki, o, bu təşəbbüsü hətta simvolik şəkildə belə dəstəkləmək niyyətində deyil. Onun sözlərinə görə, suveren dövlətin başçısı kimi bu məsələdə açıq mövqe nümayiş etdirmək onun borcudur.
Baş nazir vurğulayıb ki, ABŞ-la münasibətlərin müvəqqəti olaraq pisləşməsi ehtimalı olsa belə, Venesuelaya qarşı yönəlmiş bu siyasətə açıq şəkildə qarşı çıxmağa davam edəcək.
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.