AZ

Slovakiyanın Baş naziri ABŞ-nin Venesuelada keçirdiyi hərbi əməliyyatı pisləyib

Slovakiyanın Baş naziri Robert Fitso ABŞ-nin Venesuelada keçirdiyi hərbi əməliyyatı pislədiyini bəyan edib.

"Far.Az" xəbər verir ki, o, bu barədə "Facebook"da yazıb.

Onun sözlərinə görə, ABŞ-nin Venesuelada həyata keçirdiyi hərbi əməliyyat "İkinci Dünya müharibəsindən sonra qurulmuş dünya nizamının dağılmasının növbəti sübutudur".

"Kiçik bir ölkənin baş naziri kimi mən beynəlxalq hüququn bu cür pozulmasını qətiyyətlə pisləməliyəm", - R.Fitso əlavə edib.

Seçilən
127
50
far.az

10Mənbələr