
ABŞ dövlət katibi Marko Rubio Venesuelanın idarə olunmasında aparıcı inzibati rolu öz üzərinə götürəcək.
Missiya.Az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın komandası dövlət katibi Marko Rubio, Daxili Təhlükəsizlik üzrə müşavir Stiven Miller və müharibə naziri Pit Heqset ilə birlikdə hazırda Venesuela üçün idarəetmə strukturu hazırlayır.
Qeyd olunub ki, Venesuela Ali Məhkəməsi keçmiş vitse-prezident Delsi Rodrigezi müvəqqəti prezident təyin edib və təyinatın "hökumətin fəaliyyətində inzibati davamlılığı təmin etmək" və "milli müdafiəni qorumaq" üçün zəruri olduğunu bəyan edib.
Daşqın HəsənovMissiya.Az