AZ

ABŞ Ukraynaya verdiyindən daha çoxunu geri alacaq

ABŞ Kiyevi dəstəkləməyə xərclənən bütün pulları geri ala və Ukrayna ilə onun mineral ehtiyatları ilə bağlı müqavilələrdən daha çox qazanc əldə edə bilər.

Turkustan.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Floridadan Vaşinqtona dönərkən təyyarədə jurnalistlərə deyib. O, Vaşinqtonun Kiyevə dəstəyinə toxunaraq "Bu, bizə heç bir xərc tələb etmir. Əslində, biz pul qazanırıq" deyib.

Tramp əlavə edib ki, ABŞ-ın 46-cı prezidenti Co Bayden Ukraynaya "350 milyard dollar yardım edib": "İndi bunun əhəmiyyətli bir hissəsini geri aldım, çünki nadir torpaq elementləri ilə bağlı razılaşma əldə etdik. Bunun əhəmiyyətli bir hissəsini geri alacağıq. Bəlkə hamısını, bəlkə də daha çoxunu. İndi bizə pul ödənilir"./Musavat.com/

Seçilən
95
50
turkustan.az

10Mənbələr