AZ

Maduro hakim qarşısına çıxacaq

Venesuela Prezidenti Nikolas Maduro bu gün ABŞ-nin Nyu-York şəhərində məhkəmə qarşısına çıxacaq.

"Cebheinfo.az" xəbər verir ki, məlumata görə, Prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Flores bu gün Bakı vaxtı ilə saat 21:00-da hakim qarşısına çıxacaqlar.

ABŞ Ədliyyə Nazirliyi tərəfindən verilən açıqlamada bildirilir ki, Maduro, həyat yoldaşı Siliya Flores, oğlu Nikolas Maduro Gerra, daxili işlər naziri Diosdado Kabelyo, sabiq daxili işlər naziri Ramon Rodriqes Çasin və “Tren de Aragua” cinayətkar qrupunun lideri Hektor Rusthenford Gerrero Flores barəsində ittihamlar irəli sürülüb. Bu ittihamları əhatə edən iddianamənin məxfiliyi bir neçə gün əvvəl aradan qaldırılıb.

İlk dəfə 2020-ci ildə, ABŞ Prezidenti Donald Trampın ilk prezidentlik dövründə açıqlanan iddianamənin yenilənmiş versiyasında Maduronu dörd ayrı cinayət ittihamı gözləyir.

Seçilən
47
50
cebheinfo.az

10Mənbələr