AZ

Britaniya KİV: Etirazlar kəskinləşərsə, Xamenei İranı tərk edəcək

İranın ali lideri Əli Xamenei ölkədə etiraz aksiyaları fonunda vəziyyət kəskinləşəcəyi təqdirdə Tehranı tərk edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə kəşfiyyat məlumatlarına istinadən Britaniyanın “The Times” qəzeti yazıb.

Yazıda qeyd olunub ki, 86 yaşlı Xamenei öz qüvvələrinin etirazları yatıra bilmədiyini, yaxud onların etirazçılar tərəfinə keçdiyini və əmrləri yerinə yetirmədiyini gördükdə yaxın ətrafı ilə birgə ölkəni tərk etməyi planlaşdırır.

Sözügedən yaxın ətrafa isə İranın ali liderinin 20 köməkçisi və ailə üzvlərinin daxil olduğu bildirilir.

İsrail kəşfiyyatının nümayəndəsi Beni Sabti hesab edir ki, Xamenei bu halda Moskvaya gedə bilər, çünki onun gedə biləcəyi başqa yer yoxdur.

Xatırladaq ki, İranda iqtisadi böhran fonunda ötən həftədən başlayaraq etiraz aksiyaları keçirilir./Qafqazinfo

Seçilən
56
28
bakivaxti.az

10Mənbələr